“Suriya” mövzusunda görüş, 15-16 mart Moskvada

17:54 13 Mart 2023

Türkiyə, Rusiya, Əsəd rejimi və İran arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək 'Suriya' mövzusunda görüş martın 15-16-da Moskvada keçiriləcək.

Sitat.info xəbər verir ki, Türkiyə, Rusiya, Əsəd rejimi və İran arasında Moskvada keçiriləcək görüş martın 15-16-da baş tutacaq.

Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək. İclasda Rusiyanı təmsil edən Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Əsəd Rejiminin nümayəndəsi xarici işlər nazirinin müavini Eymen Susan iştirak edəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti