Yaponiyadan flaş maska ​​qərarı

18:00 13 Mart 2023

Yaponiyada qapalı ərazilərdə məcburi olan maskalardan istifadə hökumətin məhdudiyyətləri yumşaltmasından sonra insanların öz ixtiyarına buraxılıb.

Sitat.info xəbər verir ki, Yaponiya hökuməti Covid-19 məhdudiyyətlərini yumşaltmağa başlayıb. Elan edilən yeni qərara görə, qapalı məkanlarda məcburi olan maskalardan istifadə bu gündən etibarən şəxslərin öz ixtiyarına verilib.

Bu çərçivədə qapalı və açıq havada maska ​​taxmaq öhdəliyi aradan qaldırılıb. Metro, avtobus, xəstəxana və qayğı mərkəzləri kimi insanların çox olduğu yerlərdə maskalardan istifadə etmək tövsiyə edilsə də, heç bir məcburiyyət olmayacaq.

Soyuqdəymə əlamətləri göstərən, Covid-19 testi müsbət çıxan və bu insanlarla yaşayanlar çölə çıxarkən maskadan istifadə etməlidirlər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti