Ukrayna prezidenti Vladimir Zelenski martın 6-dan bəri münaqişənin davam etdiyi Bəhmut şəhərində onlarla Rusiya texnikasının və 10-dan çox Rusiya silah-sursat anbarının məhv edildiyini və 1100 rus əsgərinin zərərsizləşdirildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Zelenski axşam saatlarında xalqa gündəlik müraciətində toqquşmaların davam etdiyi Baxmut şəhərində martın 6-dan bu yana 1100 rus əsgərinin öldürüldüyünü, 1500 nəfərin isə yaralandığını açıqlayıb. Zelenski həmçinin bildirib ki, onlarla Rusiya texnikası, 10-dan çox Rusiya silah-sursat anbarı məhv edilib.
Seymur Bənnayev
Sitat.info