ABŞ dövlət katibinin Yaxın Şərq üzrə müavini Barbara Leaf martın sonunda Livana səfər edəcək.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, o, Livan parlamentinin sədri Nəbih Berri, bu ölkənin keçid hökumətinin başçısı Nəcib Mikati, xarici işlər naziri Abdullah Bu Həbib və bir sıra siyasi liderlərlə görüşəcək.
Səudiyyə Ərəbistanı, Qətər, Misir, ABŞ və Fransanın qatıldığı fevral ayında Parisdə Livanla bağlı beştərəfli görüş keçirilib.