Avropa İttifaqı (Aİ) Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini hədəf alan şəxslərə və təşkilatlara qarşı sanksiyaları 6 ay müddətinə uzadıb.
Sitat.info xəbər verir ki, Avropa Şurasından verilən açıqlamada məhdudlaşdırıcı tədbirlərin 15 sentyabr 2023-cü ilə qədər uzadıldığı bildirilib.
Sanksiyalar arasında aktivlərin dondurulması, səyahət qadağası və siyahıda olanların maliyyə maliyyələşdirilməsinə qadağa daxildir.
Cari sanksiyalar hazırda 1473 fiziki və 205 qurumu əhatə edir.
Bu şəxslərin və təşkilatların əksəriyyəti Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına salınıb.
Aİ sanksiyalarla Rusiyanın iqtisadiyyatını zəiflətməyi, onun kritik texnologiyalara və bazarlara çıxışını kəsməyi və mübarizə qabiliyyətini azaltmağı hədəfləyir.
Seymur Bənnayev
Sitat.info