İranda Məhsa Əmini hadisələrinə görə məhkum olunmuş 22 min insan son amnistiyadan yararlanıb

21:15 13 Mart 2023

İran Ədliyyə Başçısı Muhsin Ejei bildirib ki, fevral ayında verilən amnistiyadan Mahsa Əmini nümayişləri ilə əlaqəli olmaqda təqsirli bilinən 22 min nəfər faydalanıb.

Sitat.info İSNA-ya istinadən xəbər verir ki, Ejei Ali Məhkəmə Şurasının iclasında fevralın 5-də ölkə lideri Əli Xamneyinin imzaladığı əfv fərmanından yararlanan məhbuslar haqqında məlumat verib.

Ejei: "İndiyə qədər 82 min adam əfv edildi. Onlardan 22 mini üsyana Məhsa Əmini nümayişləri) qatıldı" deyib.

Digər məhbuslardan təxminən 60 min nəfərinin sərbəst buraxıldığına diqqət çəkən Ejei, son əfv qərarı ilə 34 min nəfərin cəzasının azaldıldığına diqqət çəkib.

Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 16-da İranın paytaxtı Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən nəzarətə alındıqdan və xəstəxanaya aparıldıqdan sonra vəfat etdi.

17 sentyabr 2022-ci ildə Əminin ölümündən sonra məmləkəti Sakkızda başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrildi.

Aylarla davam edən hadisələr zamanı 500-ə yaxın nümayişçi həlak olub, yüzdən çox təhlükəsizlik işçisi həyatını itirib.

İran nümayişlər zamanı saxlanılanlarla bağlı rəsmi açıqlama verməsə də, müstəqil mənbələr minlərlə nümayişçinin saxlanıldığını iddia edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti