Ukrayna, 2022'de dünyanın en büyük üçüncü silah ithalatçısı olub

22:07 13 Mart 2023

Bildirilib ki, Ukrayna 2022-ci ildə dünyanın üçüncü ən böyük silah idxalçısı olub.

Sitat.info xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah transferlərinə dair hesabatına görə, Rusiya-Ukrayna müharibəsi ABŞ və Avropadan Kiyevə əhəmiyyətli hərbi yardım axınına səbəb olub.

Bu, Ukraynanı 2022-ci ildə dünyanın üçüncü ən böyük silah idxalçısı edib.

Ukrayna 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı müstəqilliyini əldə edib və 2021-ci ilin sonuna qədər bir çox əsas silahları idxal edib. Lakin 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə bu vəziyyəti xeyli dəyişib.

SIPRI Silah Transferləri Proqramının baş elmi işçisi Pieter Wezeman bildirib ki, keçən il qlobal miqyasda silah transferində azalma olsa da, Rusiya ilə əksər Avropa ölkələri arasında yaranmış gərginlik səbəbindən Avropaya silah idxalı kəskin artıb.

Vezeman qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa ölkələri daha çox və daha sürətli silah idxal etmək istəyirlər.

Məğrur

Sitat.info



Xəbər xətti