Türkiyə öz zenit-raket komplekslərini istehsal etməyə başladığından Rusiyanın “S-300” və ya “S-400” sistemlərinə ehtiyac duymur.
Sitat.info xəbər verir ki, bu barədə “Milliyet” “Aselsan” Müdafiə Korporasiyasının baş direktoru Haluk Görgünə istinadən məlumat yayıb.
“Biz hava hücumundan müdafiə sistemləri istehsal edirik. “S-300” və ya “S-400”ə ehtiyacımız yoxdur. Biz bu ehtiyacı aradan qaldırırıq. Bu, bizim missiyamızdır”, - o deyib.
H.Görgun qeyd edib ki, Türkiyə sənayesi təkmil “Siper” hava hücumundan müdafiə sistemi istehsal edir. Onun sözlərinə görə, sınaqlar zamanı sistem 100 km məsafədəki hədəfləri uğurla vurub.
Qeyd edək ki, daha əvvəl Türkiyə Rusiyadan 2,5 milyard ABŞ dolları dəyərində olan 4 divizyon “S-400” HHM sistemləri alıb.