ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpinglə tezliklə görüşəcəkmi sualına “Bəli” cavabını verib. O bildirib ki, nə vaxt görüşəcəyi ilə bağlı heç bir məlumat verməyəcək.
Sitat.info xəbər verir ki, Bayden, Avstraliya Baş naziri Entoni Albanese və İngiltərə Baş Naziri Rishi Sunak, Avstraliyanın nüvə sualtı qayığına sahib olmasını və nüvə sualtı qayıqlarında istifadə edilən texnologiyanın paylaşılmasını ehtiva edən AUKUS müqaviləsi çərçivəsində Kaliforniyanın San Dieqo şəhərində görüşüblər.
Üçtərəfli görüşdən sonra Bayden ayrıca liderlərlə ikitərəfli görüşlər də keçirib.
Bayden, Sunak ilə etdiyi ikitərəfli görüşdə ABŞ, İngiltərə və Avstraliyanın Hind-Sakit Okean bölgəsində sülh və təhlükəsizliyə kömək etmək üçün addımlar atdıqlarını ifadə edərək, bu günü ölkələri üçün "tarixi" gün kimi qiymətləndirib.
Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla bir çox mövzunu müzakirə etdiklərini bildirən Bayden ABŞ və İngiltərənin dünya problemləri ilə uyğun hərəkət etdiyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info