Türkiyə ilə ABŞ arasında kritik təmas!

10:44 14 Mart 2023

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın sabah Vaşinqtonda görüşəcək. Görüş zamanı Türkiyə-ABŞ münasibətlərinə dair bir sıra məsələlərin, o cümlədən İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinin müzakirə olunacağı gözlənilir.

Sitat.info xəbər verir ki, Ceyk Sullivan AUKUS müqaviləsi çərçivəsində ABŞ prezidenti Co Baydenin Kaliforniyanın San Dieqo şəhərində Avstraliya Baş naziri Entoni Albanese və İngiltərə Baş naziri Rişi Sunak ilə görüşəcəyi görüş üçün getdikləri təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı sualı cavablandıran Sullivan bildirib ki, bu yay sammitində iki ölkənin NATO-ya üzvlüyünün təmin edilməməsi üçün heç bir səbəb yoxdur.

Sullivan bu çərçivədə təkcə Finlandiya və İsveç rəsmiləri ilə deyil, Türkiyə rəsmiləri ilə də əlaqə saxlamağa davam edəcəklərini vurğulayıb.

Bu çərçivədə sabah Vaşinqtonda Prezidentin sözçüsü Kalın ilə görüş keçirəcəklərini ifadə edən Sullivan, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü də daxil olmaqla, Türkiyə-ABŞ münasibətlərinə dair bir sıra məsələləri müzakirə edəcəklərini qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti