Suriya ilə kritik görüş sabah keçiriləcək

10:59 14 Mart 2023

Dünya siyasi arenasında rezonans doğuran Türkiyə ilə Suriya arasında yeni normallaşma görüşünün tarixi və yeri bəlli olub.

Sitat.info xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyə, Rusiya, Əsəd rejimi və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya ilə bağlı görüş bu həftə keçiriləcək.

Dörd ölkə arasında Moskvada keçiriləcək görüş martın 15-16-da baş tutacaq.

İclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək. Görüşdə Rusiyanı təmsil edən prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Əsəd rejimini təmsil edən xarici işlər nazirinin müavini Eymen Susan iştirak edəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti