Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ-ın Meksikaya səyahət xəbərdarlığından sonra ölkəsinin ABŞ-dan daha təhlükəsiz olduğunu deyib.
Sitat.info xəbər verir ki, ABŞ-ın Meksikaya səyahət xəbərdarlığı ilə bağlı suala Obrador "Bu paranoya nədir?" ifadəsini işlədib
"Meksika ABŞ-dan daha təhlükəsizdir və Meksikada təhlükəsiz səyahət etmək problem deyil",- Meksika prezidenti bildirib.
Qeyd edək ki, leçən həftə 4 amerikalı Meksika sərhədini keçdikdən qısa müddət sonra qaçırılmışdı. Bu şəxslərdən 2-si öldürülüb, 2-si isə sağ-salamat buraxılıb.
Hadisələrdən sonra ABŞ rəsmiləri bu ölkəyə səyahət xəbərdarlığı edib.
Məğrur
Sitat.info