Böyük Britaniya artan qlobal təhlükələrə qarşı durmaq üçün qarşıdakı 2 il ərzində müdafiə investisiyalarını 5 milyard funt sterlinq artıracağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Böyük Britaniya hökuməti ölkənin təhlükəsizlik, müdafiə və beynəlxalq siyasəti əhatə edən və ilk dəfə 2021-ci ildə elan edilmiş “İnteqrasiya edilmiş İcmal” strategiyası ilə bağlı yeniləmə hesabatını açıqlayıb.
"Nüvə dayanıqlığının prioritet sahələrinə və adi ehtiyatlara diqqət yetirməklə, Müdafiə Nazirliyi növbəti 2 il ərzində 5 milyard funt sterlinq əlavə maliyyə alacaq", - hesabatda deyilir.
Hesabatda maliyyənin həyati vacib sursat ehtiyatlarının artırılması, Böyük Britaniyanın nüvə müəssisəsinin modernləşdirilməsi və AUKUS sualtı proqramının növbəti mərhələsinin maliyyələşdirilməsi üçün istifadə ediləcəyi bildirilib.
Rusiya “qısa və orta müddətli perspektivdə ən təcili milli təhlükəsizlik və xarici siyasət prioriteti”, Çin isə beynəlxalq nizam üçün “dövrü müəyyən edən və sistemli çağırış” kimi təsvir edilib.
Məğrur
Sitat.info