Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsi ilə Çin arasında münasibətlərin “bənzəri görünməmiş” yüksək səviyyəyə çatdığını bildirib.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Şoyqu Çin Müdafiə Nazirliyinə təyin edilən Li Şanfu və müavini vəzifəsinə təyin edilmiş Çin Xalq Azadlıq Ordusunun generalı Canq Yuşia və general Hi Veydongu Çin Mərkəzi Hərbi Komissiyasının sədrlərinə teleqram göndərərək təbrik edib.
Rusiya və Çinin ortaq sərhəd və tarixə malik olduğu bildirilən təbrik mesajlarında aşağıdakı ifadələr yer alıb:
"Rusiya və Çin köhnə dostlar və tərəfdaşlardır. Ümumi sərhəd, tarix və çoxillik dostluq xalqlarımızı və ölkələrimizi möhkəm bağlayıb. İkitərəfli münasibətlər bənzəri görünməmiş yüksək səviyyəyə yüksəlib və dünyada geosiyasi gərginliyin artması şəraitində qlobal sabitliyin möhkəm tərəfdarlarına çevrilib".
Şoyqu iki ölkə arasında hərbi-texniki texnologiya sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Məğrur
Sitat.info