Ukraynanın Xarkov vilayətinin kəndlərindən birində 42 yaşlı rus əsgəri Milli Polis əməkdaşları tərəfindən saxlanılıb. Ukraynanın Xarkov vilayətini nəzarətə götürməsindən sonra rus əsgərinin 6 aydır kənddə gizləndiyi bildirilib.
Sitat.info xəbər verir ki, hadisə Xarkov vilayətinin Kupyansk-Vuzlovi kəndində baş verib.
Milli Polis və Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi əməliyyatda Rusiya ordusunda 27-ci motoatıcı briqadada xidmət etdiyi bildirilən 42 yaşlı Əsgər saxlanılıb.
Bildirilib ki, ifadəsi alınan rus əsgəri Ukraynanın Xarkov vilayətində nəzarəti bərpa etməsindən sonra kənddəki tərk edilmiş yaşayış məntəqələrində gizlənirniş.
Məğrur
Sitat.info