Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın həyata keçirdiyi hücumlarda Kramatorsk şəhər mərkəzinə raketin düşdüyünü və bir mülki vətəndaşın həlak olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun Kramatorska raket hücumu həyata keçirdiyini bildirib.
Hücumda şəhər mərkəzinə raketin düşdüyünü vurğulayan Zelenski: “6 mənzilə ziyan dəyib. Ən azı 3 nəfər yaralanıb, 1 nəfər ölüb”,-bildirib.
"Təcavüzkar dövlət dinc əhaliyə qarşı mübarizəni davam etdirir. O, həyatı məhv edir və insana heç nə qoymur. Günahsız insanı öldürən istənilən zərbə qanuni və ədalətli qətl hökmü ilə nəticələnməlidir və bu da baş verəcək”,- Zelenski bildirib.
Seymur Bənnayev
Sitat.info