Saakaşvilinin oğlu danışdı: "Atam yaşamaq istəyir..."

18:32 14 Mart 2023

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin oğlu Eduard deyib ki, atasının xaricə müalicə üçün köçürülmə şansı siyasətçinin durumu ilə bağlı beynəlxalq konsensusdan asılı olaraq artır.

Sitat.info xəbər verir ki, Eduardın sözlərinə  görə, respublikanın keçmiş liderinin ailəsi onun vətənində həbs olunmasına hazır idi, amma səhhətinin hazırkı durumu üçün bunu qəbul etmirlər.

“Bir il yarım əvvəl mən onun oğlu kimi hazırlaşmağa başladım ki, bəli, yəqin ki, Gürcüstana gedəcək və bəlkə də uzun müddət həbsdə qalacaq. Mən özümü buna hazırlayırdım. Bizim hazır olmadığımız şey onun həyatı üçün mübarizə aparmalı olması idi. Siyasətçi öz vətənində həbs olunandan sonra onun yanında olmağıma icazə vermirdilər, hər dəfə zəifləyir, zəifləyirdi... Atam həqiqətən yaşamaq istəyir. Ona görə də buradayıq. Biz ona görə buradayıq ki, ona bu dəhşətli vəziyyətdən çıxış yolu tapmaqda kömək etmək istəyirik”, - Eduard Saakaşvili Strasburqda keçirilən görüşdə bildirib.

Gürcüstanın eks-prezidentinin oğlu qeyd edib ki, hazırda bir çox siyasətçilər və təşkilatlar Saakaşvilinin müalicə üçün xaricə köçürülməsinə çağırış edir. O, həmçinin əlavə edib ki, siyasətçi ətrafında yaranmış vəziyyətin belə bir nəticəsi olacağına inanır.

Nərgiz,

Sitat.info



Xəbər xətti