Rusiyanın ABŞ-dakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

22:50 14 Mart 2023

ABŞ Rusiyanın Vaşinqtondakı səfirini Qara dənizdə Rusiya döyüş təyyarəsi tərəfindən Amerikaya məxsus PUA-nın vurulması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Qara dəniz üzərində Rusiyaya məxsus döyüş təyyarəsi ilə ABŞ-a məxsus Pilotsuz Uçuş Aparatı toqquşub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti