Polşanın ədliyyə naziri Zbiqnev Ziobro ölkə daxilində rəsmi səfərdə olarkən belində silahla görüntülənib.
Sitat.info xəbər verir ki, Polşada mədən qəzasında həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əkil qoyarkən Ziobronun gödəkçəsi küləyin təsirindən qalxıb və belindəki "Glock" markalı silah görüntülərdə əks olunub.
Görüntü yayıldıqdan və sosial mediada tənqid edildikdən sonra mövzu ilə bağlı açıqlama verən Ziobro, illər əvvəl bir cinayət təşkilatı liderinin onu təhdid etdiyi üçün silah lisenziyası aldığını bildirib.
“Hər bir vətəndaş kimi mənim də özümü və ailəmi qorumaq hüququm var”. Ziobronu dəstəkləyən Baş nazir Mateusz Morawiecki də Ziobronun hər bir vətəndaş kimi silah ala biləcəyini söyləyib.
Ziobro əlavə etdi ki, heç də həmişə əlində silah olmur.
Seymur Bənnayev
Sitat.info