Pakistanda keçmiş baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında dünən başlayan qarşıdurmalar bu gün də davam edir.
Sitat.info Pakistan milli mətbuatına istinadən xəbər verir ki, mühakimə olunduğu iddianın dinləmələrinə qatılmadığı üçün həbs olunmasına qərar verilən keçmiş baş nazir Xanın polis tərəfindən saxlanmasına qarşı ölkə daxilində etirazlar gecə boyu davam edib.
Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb.
Zaman parkı ərazisində yaşayan Xanın evinin ətrafına polislə yanaşı, yarımhərbi birləşmələr də göndərilib.
Seymur Bənnayev
Sitat.info