Suriyada vətəndaş müharibəsi 12-ci ilini geridə qoydu

11:19 15 Mart 2023

Suriyada 12-ci ilini geridə qoyan vətəndaş müharibəsi zamanı yüz minlərlə insan həyatını itirib, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu illər ərzində xarabalığa çevrilmiş ölkədə müharibənin ən böyük qurbanları uşaqlar olub.

Sitat.info xəbər verir ki, Suriyada vətəndaş müharibəsi 12-ci ilini geridə qoyarkən; Yüz minlərlə insan həyatını itirdi, bəziləri işgəncələr, bəziləri kimyəvi hücumlar, bəziləri terror aktları nəticəsində həyatını itirdi.

2011-ci il martın 15-dən bu yana ölkə yerlə-yeksan edilib.

Rejim tərəfindən həbs edilən saysız-hesabsız adamlardan hələ də xəbər yoxdur.

Müharibənin ən böyük qurbanları uşaqlardır. Hücumlarda ailələri həlak olan on minlərlə uşaq mühacir olub. Çətin şəraitdə yaşamaq üçün mübarizə aparır.

2011-ci ildən bəri Suriyada yarım milyondan çox insan həlak olub. Milyonlarla insanın köməyə ehtiyacı var. 6,6 milyon suriyalı öz ölkələrini tərk etməli olub. 6,5 milyon suriyalı məcburi köçkün vəziyyətinə düşüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti