Argentina prezidenti Fernandes xəstəxanaya yerləşdirilib

11:27 15 Mart 2023

Argentina prezidenti Alberto Fernandezin səhhətində yaranan problemlər səbəbindən özəl klinikanın təcili yardım otağına aparıldığı bildirilir.

Sitat.info xəbər verir ki, Prezidentlik Sağlamlıq Birliyindən verilən açıqlamada, Fernandezin kəskin bel ağrısı səbəbiylə müayinələr üçün paytaxt Buenos Ayresin Recoleta rayonundakı özəl sağlamlıq mərkəzinə aparıldığı qeyd edilib.

Açıqlamada: "Kəskin bel ağrıları üçün xüsusi bir müalicənin tətbiqi üçün lazımi araşdırmalar aparılacaq və ictimaiyyətə məlumat veriləcək",-deyə bildirilib.

Qeyd edək ki, Fernandez səhhətindəki problemlərə görə 2022-ci il noyabrın 15-də İndoneziyada keçirilən G20 Liderlər Zirvə toplantısının ilk sessiyasına qatılmamışdı.

Prezident Fernandezin həkim qrupunun verdiyi rəsmi açıqlamaya görə, 63 yaşlı Fernandes aşağı təzyiq və başgicəllənmədən əziyyət çəkib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti