"Türkiyə ilə ABŞ arasında daha geniş geosiyasi strateji dialoqa ehtiyac var"
Sitat.info xəbər verir ki, Vaşinqtonda ABŞ Ticarət Palatasında keçirilən ABŞ-Türkiyə İş Forumunda iştirak edən Prezidentin sözçüsü İbrahim Kalın iki ölkə arasındakı əlaqələrə dair mühüm mesajlar verib.
Forumda sualları cavablandıran Kalın bildirib: “ABŞ ilə fərqlərimiz nə olursa olsun, onları pozmadan həll edə biləcəyimizi düşünürəm. Düşünürəm ki, biz bu fikir ayrılıqlarını çox sivil şəkildə, döyüşkən də olsa, aradan qaldıra bilərik və hər iki tərəfin maraqlarını qoruyarıq".
Konqres üzvlərinin böyük şəklə baxmasını istədiklərini ifadə edən İbrahim Kalın, Avropanın Rusiya nefti və təbii qazını bir daha almamağa qərar verdikdən sonra bunu kompensasiya etmək üçün iki mümkün alternativin olduğuna diqqət çəkib və belə davam edib: “Biri Azərbaycandan Türkiyəyə gələn qazdır. Biz tutumu artıra bilərik. Lakin bu kifayət deyil. İkinci alternativimiz Şərqi Aralıq dənizi enerji ehtiyatlarıdır. Burada siyasi səbəblərdən Türkiyədən yan keçərək Kipr üzərindən Yunanıstana keçmək planlaşdırılırdı. Ancaq çox baha olacağı üçün tərk edildi. Üçüncü alternativ yoxdur. Hər iki alternativdə də Türkiyə var. Bu proseslərin heç biri bizsiz işləməyəcək”.
Seymur Bənnayev
Sitat.info