İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzvlük üçün müraciətindən danışıb.
Sitat.info xəbər verir ki, Kristersson İsveç və Finlandiyanın müxtəlif mərhələlərdə üzv ola biləcəyini qeyd edib. Kristersson qeyd edib ki, o və İsveçin NATO üzrə baş müzakirəçisi Oskar Stenstrom arasında son həftələrdə müxtəlif mərhələlərdə alyansa üzvlük imkanlarının artdığı təəssüratları yaranıb.
Kristersson Finlandiyanın NATO-ya üzv olma ehtimalının onlardan əvvəl artmasına diqqət çəkib. Kristersson son qərarın Türkiyəyə aid olduğunu vurğulayıb.
Qeyd edək ki, Türkiyə iki ölkənin terror təşkilatlarını dəstəklədiyi üçün üzvlüyünə qarşı çıxır.
Seymur Bənnayev
Sitat.info