Freddy qasırğası ilk təsbitlərə görə Malavi və Mozambikdə 216 nəfərin ölümünə səbəb olub.
Sitat.info xəbər verir ki, Malavi Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, ölkənin cənubunda 19 min insan evlərini tərk etməli olub. Afrikanın şərq sahillərinə təsir edən qasırğa nəticəsində Malavidə 199, Mozambikdə isə 17 nəfər ölüb.
Qasırğa nəticəsində iki ölkədə ən azı 216 nəfər həyatını itirib, Malavi prezidenti Lazarus Çakvera isə ölkənin cənubundakı 10 bölgədə "milli fəlakət" elan edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stiven Düjarrik mətbuata verdiyi açıqlamada qasırğa nəticəsində enerji və kommunikasiya sistemlərinin zədələndiyini və bu səbəbdən də zərərin miqyasının hələ müəyyən edilmədiyini bildirib.
Beynəlxalq yardım təşkilatları qasırğadan zərər çəkmiş bölgələrə təcili yardım çağırıb.
Seymur Bənnayev
Sitat.info