Taxıl keçidini açıq saxlamaq cəhdi

12:29 15 Mart 2023

Ukrayna müharibəsindən sonra Türkiyənin təşəbbüsü ilə dünyanı aclıq təhlükəsindən xilas edən taxıl dəhlizinin davam etdirilməsi üçün işlər davam etdirilir.

Sitat.info xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada tərəflərin təşəbbüsün genişləndirilməsi istiqamətində atdığı addımların təqdir edildiyi bildirilib.

Bəyanatda bildirilir: “Uğurla əlaqələndirilərək həyata keçirilən taxıl təşəbbüsünün fəaliyyətinin davam etdirilməsi və tərəflərin tələbləri nəzərə alınmaqla müqaviləyə uyğun olaraq genişləndirilməsi məqsədilə nazirimiz möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq ünvanlı şəxslərlə və aidiyyəti orqanlar arasında görüşüb koordinasiyası davam etdirilir".

Birləşmiş Millətlər Təşkilatı (BMT) Taxıl Dəhlizi Sazişinin uzadılması ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov, martın 18-də başa çatacaq Taxıl Dəhlizi Sazişinin Rusiyaya aid hissəsini həyata keçirməyə ümid etdiklərini bildirib. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Taxıl Dəhlizi Sazişinin 60 gün uzadıldığı və bununla bağlı bütün vəd və öhdəliklərin yerinə yetirilməli olduğu bildirilib.

Məğrur

Sitat.info



Xəbər xətti