ABŞ-ın Şimali Karolina ştatının Sandhills bölgəsində arıların istehsal etdiyi bənövşəyi bal maraq doğurub.
Sitat.info xəbər verir ki, Şimali Karolina Dövlət Universitetindən professor Con Ambrose dünyada yalnız bu bölgədə istehsal edilən bənövşəyi balla bağlı bildirib ki, rəng arıların mədələrindəki turşu ilə alüminium arasındakı kimyəvi reaksiya nəticəsində əmələ gəlir.
Bildirilib ki, əyalətdəki güllərdə digər bölgələrə nisbətən daha çox alüminium var. O, bənövşəyi balın çox şirin və meyvəli dada malik olduğunu bildirib.
Məğrur
Sitat.info