Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı keçirilən ümummilli tətil səbəbindən paytaxtın simvollarından biri olan Eyfel qülləsinin bu gün bağlanacağı bildirilib.
Sitat.info xəbər verir ki, Eyfel qülləsinin rəsmi Twitter hesabından edilən açıqlamada qüllənin "milli tətil" səbəbiylə bu gün bağlanacağı bildirilib.
Açıqlamada qeyd olunub ki, qüllənin qarşısındakı ərazi yerli vaxtla saat 21:00-a qədər açıq və giriş-çıxış olacaq.
Məğrur
Sitat.info