HƏMAS-ın hərbi qanadı İzzəddin Qəssam Briqadaları bəyan edib ki, İsrail öz tətbiqləri ilə Oslo razılaşmasına son qoyub.
Sitat.info xəbər verir ki, İzzəddin Qəssam Briqadaları komandirinin müavini Mərvan İsa HƏMAS-a bağlı Əl-Əqsa televiziyasına açıqlama verib.
Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında 1993-cü ildə imzalanan Oslo müqaviləsinin Təl-Əviv rəhbərliyinin tətbiqləri səbəbindən sona çatdığını ifadə edən İsa, “gələcək günlərin hadisələrə hamilə olduğunu” söylədi.
İşğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsanın mövcud status-kvonundakı hər hansı bir dəyişikliyin bölgədə “zəlzələ effekti” yaradacağına dair xəbərdarlıq edən İsa, Fələstində bütün bölgələrdə “müqavimət”in aktivləşdirilməsi lazım olduğunu və bunun maddi və mənəvi cəhətdən dəstəklənməsinin vacibliyini vurğulayıb.
İsa: "İordan çayının qərb sahilində müqavimətə fürsət verilməsi onu tərk etmək demək deyil və Qəzzə susacaq. Birbaşa müdaxilə tələb olunduğu zaman xalqımızı bütün gücümüzlə müdafiə edəcəyik",-deyə bildirib.
Ərəb və beynəlxalq ictimaiyyət Fələstin torpaqlarında baş verən son hadisələrlə əlaqədar Ramazan ayında gərginliyin artacağından və hadisələrin Qəzzaya da sirayət edəcəyindən narahatdır.
Qeyd edək ki, Fələstin və İsrail arasında danışıqlar 2014-cü ilin aprelində İsrailin keçmiş məhbusların azad edilməsi şərtlərini rədd etməsi, qeyri-qanuni məskunlaşma fəaliyyətini dayandırması və 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin yaradılması səbəbindən dayandırılmışdı.
Oslo müqaviləsi 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında imzalanıb. 1995-ci ildə tərəflər arasında imzalanan "İkinci Oslo Razılaşması" çərçivəsində işğal altındakı Qərb Sahili A, B və C bölgələrinə bölünmüşdü.
18 faizini əhatə edən “A zonası”nın idarəsi inzibati və təhlükəsizlik baxımından Fələstinə keçərkən, 21 faizlik “B sahəsi”nin inzibati idarəsi Fələstinə, təhlükəsizliyi isə İsrailə, “C zonası” isə yüzdə 61-i əhatə edərkən, onun idarəsi və təhlükəsizliyi İsrailin ixtiyarına verilmişdi.
Məğrur
Sitat.info