Türkiyənin Adıyaman və Şanlıurfa ərazilərində daşqınlar baş verib.
Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, daşqın nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.
Əkin sahələri, evlər və iş yerləri su altında qalıb. Məktəblərdə dərslər dayandırılıb.
***
Adıyaman və Şanlıurfada baş verən daşqınlar zamanı ölənlərin sayı 10 nəfərə yüksəlib.
Məlumatı Türkiyə mediası yayıb.