Fransanın dövlət xəbər kanalı olan “France 24” sosial şəbəkələrdə İsrail əleyhinə paylaşımlar edən və ölən fələstinlilər üçün “şəhid” ifadəsi işlətdikləri üçün 4 jurnalisti işdən çıxarıb.
Sitat.info xəbər verir ki, Parisdə yerləşən dövlətə məxsus “France 24 News” kanalı ABŞ-ın İsrail tərəfdarı olan CAMERA media təşkilatının internet saytındakı iddialardan sonra 4 jurnalist haqqında araşdırma başlatdı.
Telekanaldan verilən açıqlamada kanalın ərəbcə yayımında reportyor kimi çalışan 3 jurnalistin istintaq yekunlaşana qədər həbs-qətimkan tədbiri və prosedura uyğun olaraq işdən uzaqlaşdırıldığı bildirilib.
Məğrur
Sitat.info