İmran Xandan geri addım

10:35 16 Mart 2023

Pakistanda İmran Xan böhranı böyüməyə davam edir. Keçmiş baş nazir İmran Xanı həbs etmək üçün evinə gələn polislə Xanın tərəfdarları arasında qarşıdurma dünən də davam edərkən, hadisələrdə 64 polisin yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, nümayişlərdə minlərlə Xan tərəfdarları iştirak edir.

Zorakılıqdan sonra Xan məhkəməyə qatılacağını elan edərkən, Lahor Ali Məhkəməsi polisin başlatdığı əməliyyatı dayandırıb. Xan ötən il həbsdə işgəncəyə məruz qaldığı iddia edilən müavini Şahbaz Gilllə həmrəylik nümayişi keçirib və hakim Çaudrini “ona qarşı tədbir görüləcək, hazır olmalıdır” deyərək hədələyib. Çıxışdan sonra Xana qarşı iddia qaldırılıb və o, iclasda iştirak etmədiyi üçün həbs qərarı çıxarılıb. Xanın saxlanılması üçün ötən gün polisin başlatdığı əməliyyat nəticəsində tərəfdarları küçələrə axışmışdı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti