Böyük Britaniyanın baş naziri Rişi Sunak və ailəsi paytaxt Londondakı Hyde Parkda itlərini zəncirsiz gəzdirdiklərinə görə polis tərəfindən xəbərdarlıq edilib.
Sitat.info xəbər veriir ki, İngiltərə Baş naziri Rishi Sunak və həyat yoldaşı Akshata Murty ilə itləri Nova ilə paytaxt Londondakı Hyde Parkda gəzdirərkən çəkilən videonun sosial mediada paylaşılmasından sonra London Böyükşəhər Polisi açıqlama verib.
Açıqlamada parkda olan bir polis məmurunun vəziyyətə müdaxilə etdiyi, həmin zaman parkda olan polisin qadınla (Akshata Murty) danışaraq qaydaları bir daha xatırlatdığı və daha sonra itə zəncir taxıldığı bildirilib”.
Mövzu ilə bağlı Baş Nazirlikdən və Sunakdan heç bir açıqlama verilməyib.
Seymur Bənnayev
Sitat.info