Finlandiya prezidentinin Türkiyə və NATO ilə bağlı bəyanatı

11:25 16 Mart 2023

Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO üzvlüyünü müzakirə etmək üçün Türkiyəyə gedəcəyini bildirərək: "Türkiyə Finlandiyanın NATO üzvlüyü ilə bağlı qərar verdi",-dedi.

Sitat.info xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinistö sosial media hesabında ölkəsinin NATO-ya üzvlüyü məsələsini prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etmək üçün Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Niinistö Türkiyənin Finlandiyanın NATO üzvlüyü ilə bağlı qərara gəldiyini və bu qərarı prezident Ərdoğanın özündən alacağını ifadə edərək bildirib: "Türklər dedilər ki, bu qərar açıqlanan kimi orada ola bilərəm. Təbii ki, bu dəvəti qəbul etdim". İsveçin Finlandiya ilə birlikdə NATO-ya daxil olması lazım olduğunu bir daha vurğulayan Niinistö qeyd edib ki, İsveçin NATO üzvlüyünə dəstək vermək üçün səylərimi davam etdirəcəyəm.

Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün keçən may ayında Rusiyanın Ukraynaya təcavüzünə başladıqdan sonra müraciət etmişdilər. İndiyədək NATO-ya daxil olan 30 ölkədən 28-i İsveç və Finlandiyanın NATO-ya daxil olma protokolunu imzalayıb. Türkiyə və Macarıstan isə iki ölkənin üzvlüyü ilə bağlı hələlik açıqlama verməyib.

AK Partiya Qrup Toplantısından sonra mətbuat mənsublarına açıqlama verən prezident Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı bildirib: “Prosesi nə olursa olsun idarə edəcəyik. Borcumuzu yerinə yetirəcəyik. Sözümüzü tutacağıq. Cümə günü biz prezidentlə görüşəcəyik və verdiyimiz sözü yerinə yetirəcəyik”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti