Sakit Okeanda 7,1 bal gücündə zəlzələ! - Sunami xəbərdarlığı verildi

11:35 16 Mart 2023

Sakit Okean üzərində baş verən 7,1 bal gücündə zəlzələdən sonra ətraf ölkələrdə sunami təhlükəsi elan edilib.

Sitat.info xəbər verir ki, bu səhər Yeni Zelandiyada 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra ölkədə sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri Kermadek adalarının 10 km dərinliyində olduğu açıqlanıb.

ABŞ Geoloji Xidmətinin 10 km dərinlikdə olduğunu təxmin etdiyi yeraltı təkanlardan qısa müddət sonra ABŞ Sunami Xəbərdarlıq Sistemi xəbərdarlıq edib. Rəsmilər daha sonra Yeni Zelandiya, Avstraliya və Filippinin mümkün sunami təhlükəsi olmadığını bildirdilər.

Bölgədəki bir çox adanın su altında qalacağı bildirilir. Yeni Zelandiya rəsmiləri isə lazımi ehtiyat tədbirlərinin alındığını bildirərək, zəlzələlərin davam edəcəyi təqdirdə vətəndaşları günü küçədə keçirməyə çağırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti