ABŞ Qaradənizdə qəzaya uğrayan PUA-nın Rusiya döyüş təyyarəsi tərəfindən vurulduğu anların görüntülərini yayıb.
Sitat.info-nun məlumatına görə, EUCOM-un bəyanatında deyilir:
“Rusiyanın iki Su-27 təyyarəsi 14 mart 2023-cü il tarixində Qara dəniz üzərində beynəlxalq hava məkanında fəaliyyət göstərən ABŞ Hərbi Hava Qüvvələrinin müşahidə və kəşfiyyat xarakterli pilotsuz MQ-9 təyyarəsini təhlükəli və həvəskar şəkildə əngəlləyib. O, MQ-9-un pərvanəsinə dəyib, ABŞ qüvvələrinə məxsus MQ-9-un beynəlxalq sularda qəzaya uğramasına səbəb olub. Videoda Rusiya təyyarəsinin PUA-ya çox yaxın uçduğu görünür”.
Daha sonra PUA-nın kamera qeydi kəsilib.