Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Rostov-na-Donu şəhərindəki binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb.
Sitat.info xəbər verir ki, Rusiyanın cənubunda yerləşən Rostov-na-Don şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd mühafizə bölməsinin istifadəsində olan binada yanğın baş verib. Alovun sürətlə yayılması ilə səmanı sıx tüstü bürüyüb. Əraziyə çoxlu sayda yanğınsöndürən göndərilib. Ehtiyat tədbiri olaraq ətrafdakı binaların sakinləri təxliyə edilib.
Rostov-na-Don vilayətinin qubernatoru Vasili Qolubev qısaqapanma nəticəsində başlayan yanğının 800 kvadratmetr ərazini əhatə etdiyini, yanacaq və mineral yağ olan konteynerlərin partladığını, iki divarın uçduğunu açıqlayıb. Rusiya mətbuatı yanğın nəticəsində bir nəfərin öldüyünü yazıb. 14 texnika və 63 yanğınsöndürən tərəfindən müdaxilə edilən yanğın uzun səylər nəticəsində söndürülüb.
Qeyd edək ki, Rostov-na-Donu Ukraynanın Donetsk və Luqansk vilayətləri ilə həmsərhəd olan Cənub Federal Dairəsinin inzibati mərkəzidir.
Seymur Bənnayev
Sitat.info