Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyanın Rostov-na-Donu şəhərində kəşfiyyat binasında baş verən yanğında Ukraynanın iştirakının olmadığını bildirib.
Sitat.info xəbər verir ki, Podolyak sosial media hesabında verdiyi açıqlamada, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Rostov vilayəti binasında baş verən yanğının çaxnaşma əhval-ruhiyyəsini, gücə nəzarətin zəiflədiyini və böyük daxili münaqişəyə keçidi açıq şəkildə göstərdiyini bildirib
“Ukrayna bu işə qarışmır, amma məmnuniyyətlə onu izləyir”, - Mixail Podolyak bildirib.
Rusiyanın Rostov-na-Don şəhərində FSB-yə bağlı sərhəd nəzarəti idarəsinin binasında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Rostov-na-Don vilayətinin qubernatoru Vasilii Qolubev Telegramdakı açıqlamasında bildirib ki, ilkin ehtimallara görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
Məğrur
Sitat.info