Moskvada Suriya ilə bağlı görüş təxirə salınıb

21:55 16 Mart 2023

Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri tərəfindən Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan Suriya ilə bağlı toplantı daha sonrakı tarixə təxirə salınıb.

Sitat.info xəbər verir ki, Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinlərinin Dəməşqlə münasibətlərin normallaşdırılması çərçivəsində bu gün Rusiyanın paytaxtı Moskvada görüşəcəyi gözlənilirdi. Lakin görüşün sonrakı tarixə təxirə salındığı açıqlanıb.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbələr görüşün daha sonrakı tarixə təxirə salınması ilə bağlı razılığa gəldiyini açıqlasa da, görüşün nə vaxt keçiriləcəyi ilə bağlı heç bir açıqlama verilməyib.

Mart ayının 15-16-na planlaşdırılan görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçalar, Rusiyanı Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriyanı isə xarici işlər nazirinin müavini Eymən Susan təmsil edəcəkdir.

Məğrur

Sitat.info



Xəbər xətti