İraqın Hələbcə şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
http://Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) saytında yer alan məlumata görə, yerli vaxtla saat 21:32-də Hələbcədən 6 kilometr şimal-şərqdə baş verən 5,1 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə baş verib.
Yerli mətbuatda yer alan xəbərlərdə yeraltı təkanların ətraf şəhərlərdə də hiss edildiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info