NASA bu kostyumda Aya gedəcək

11:38 17 Mart 2023

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2025-ci ildə həyata keçirilməsi planlaşdırılan və "Aya dönüş" keyfiyyətinə malik "Artemis 3" missiyasında istifadə olunacaq skafandrların prototipini təqdim edib.

Sitat.info xəbər verir ki, Texasda yerləşən "Axiom Space" şirkəti keçən il 228 milyon dollara dizayn tenderini aldıqdan sonra prototipin hazırlanması altı ay çəkib. Astronavtlara daha çox çeviklik təmin edərək onların hərəkətliliyini artırmaq üçün yeni dizaynın birləşmə nöqtələrində tikişlərdən istifadə edilib. Bundan əlavə, dəbilqənin içərisində işıqlandırma və yüksək ayırdetmə qabiliyyətinə malik kamera var ki, Ayın səthində astronavtların işini Yerdən izləmək mümkün olsun. Ümumi büdcəsi 1 milyard dollar olan skafandr inkişaf layihələri çərçivəsində işlər NASA-nın Hyustondakı "Johnson" Kosmik Mərkəzində həyata keçiriləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti