“Saxta” qadın futbolçular Talibandan xilas edilib

12:28 17 Mart 2023

Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra İngiltərənin evakuasiya əməliyyatı ilə xilas etdiyi Əfqanıstan qadın futbol komandasında “saxta futbolçuların” olduğu üzə çıxıb.

Sitat.info xəbər verir ki, 2021-ci ilin noyabrında Taliban əfqan qadın idmançıları öldürməklə və onların bəzilərini evlərinin yandırılması ilə hədələdikdən sonra İngiltərə ölkədən qaçmaq üçün kömək istəyən qadın futbol komandasına müraciət edib. 130 nəfər ailələri ilə birlikdə təxliyə edilərək İngiltərəyə gətirilib. Bununla belə, BBC qadın futbol komandasının üzvü olmadığına inandığı 13 nəfəri müəyyən edib. Əfqanıstanda qalan bəzi əsl qadın futbolçuların məyus olduğu bildirilib. Təxliyyə əməliyyatında futbolçuların şəxsiyyətini öyrənməyə çalışan qeyri-hökumət təşkilatları saxta futbolçularda bir-birini günahlandırsa da, İngiltərə Daxili İşlər Nazirliyi yalan məlumatlara dair dəlil olduğu təqdirdə araşdırmaya başlayacağını açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti