Microsoft Office proqramlarında süni intellektdən istifadə edəcək

12:45 17 Mart 2023

ABŞ-ın texnologiya şirkətlərindən olan Microsoft, Word, Excel və Outlook daxil olmaqla Office proqramlarına süni intellekt əlavə edəcəyini açıqlayıb.

http://Sitat.info xəbər verir ki, şirkətin açıqlamasında bildirilir: "Copilot" adlanan yeni funksiya uzun e-poçtları ümumiləşdirmək, Word-də hekayələr hazırlamaq və PowerPoint-də slaydları canlandırmaq kimi əməliyyatları həyata keçirməyə imkan verəcək".

Açıqlamada şirkətin son vaxtlar məşhur olan süni intellektli söhbət robotu "ChatGPT"-yə bənzəyən "Business Chat" adlı söhbət funksiyasını tətbiqlərinə əlavə edəcəyi və "Copilot"-un e-ticarət məlumatlarını ümumiləşdirmək kimi hərəkətləri yerinə yetirə biləcəyi ifadə edilib.

Microsoft 365-in baş meneceri Colette Stallbaumer qeyd edib ki, yeni funksiyalar hazırda yalnız 20 korporativ müştəri üçün əlçatandır və yaxın aylarda daha çox müştəriyə təqdim ediləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti