Yeni Zelandiya təhlükəsizlik səbəbi ilə TikTok-dan istifadə qadağan ediləcək

12:52 17 Mart 2023

Yeni Zelandiya təhlükəsizlik problemləri səbəbiylə millət vəkillərinə və digər parlament üzvlərinə Çin sosial media platforması TikTok-dan ictimai telefonlarda istifadə etməyi qadağan edəcək.

Sitat.info xəbər verir ki, Rəsmilər bu addımın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə atıldığını bildiriblər.

Yeni Zelandiyadakı qadağa digər ölkələrdə də tətbiq edilən oxşar qərarlardan sonra bu ayın sonunda qüvvəyə minəcək. Bununla belə, ölkədəki qadağa qərarı ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, yalnız parlamentdəki 500-ə yaxın adamın ictimai telefonlarına şamil ediləcək.

Bundan sonra digər qurumlar öz qadağalarını tətbiq etməyə qərar verə biləcəklər.

Yeni Zelandiyanın Baş naziri Kris Hipkins jurnalistlərə telefonunda TikTok olmadığını deyib: "Mən o qədər də müasir və dəbli deyiləm".

Məğrur

Sitat.info



Xəbər xətti