Antarktidadakı buzlaqlar rekord həddə aşağı səviyyədədir

13:10 17 Mart 2023

Antarktida daha bir aşağı səviyyəli rekorda imza atıb. Peyk vasitəsilə aparılan ölçmələr Antarktidanı əhatə edən dəniz buzunun 1979-cu ildən bəri ən aşağı səviyyəsinə çatdığını göstərir.

Sitat.info xəbər verir ki, Antarktidada 12 fevral tarixi etibarı ilə 2022-ci ilin buzlaqlarının əriməsi rekordu qırılıb. 1,79 milyon km2-nin əriməsi mütəxəssisləri narahat edib.

Antarktida ətrafındakı dəniz buzu 21 fevral 2023-cü ildə 1,79 milyon kvadrat kilometrlə ən aşağı səviyyəyə çatıb. Bu, 25 fevral 2022-ci ildə əldə edilən əvvəlki rekord səviyyədən 130 min kvadrat kilometr aşağıdır; Bu fərq Nyu-York ştatının ölçüsündə olan əraziyə bərabərdir.

Alimlər buzun 2 milyon kvadrat kilometrdən aşağı düşməsini ikinci dəfədir ki, müşahidə edirlər.

Son yeddi ildə ən aşağı dəniz buz səviyyələri üzrə rekordlardan üçü son yeddi ildə, 2017, 2022 və 2023-cü illərdə qırılıb.

Qeyd edək ki, peyklərlə ölçmələr 1970-ci illərdən aparılır.

Məğrur

Sitat.info



Xəbər xətti