"TikTok" bu ölkədə də qadağan olundu

17:21 17 Mart 2023

Yeni Zelandiya təhlükəsizliklə əlaqədar olaraq millət vəkillərinə və digər parlament üzvlərinə Çin sosial media platforması "TikTok"dan ictimai telefonlarda istifadə etməyi qadağan edəcək.

Sitat.info xəbər verir ki, rəsmilər bu addımın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə atıldığını bildiriblər.

Yeni Zelandiyadakı qadağa bu ayın sonunda digər ölkələrdə tətbiq edilən oxşar qərarlardan sonra qüvvəyə minəcək.

Bununla belə, ölkədəki qadağa qərarı ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, yalnız parlamentdəki 500-ə yaxın insanın ictimai telefonlarına şamil ediləcək.

Bundan sonra digər qurumlar öz qadağalarını həyata keçirməyə qərar verə biləcəklər.

Yeni Zelandiyanın Baş naziri Kris Hipkins jurnalistlərə telefonunda TikTok olmadığını deyib: "Mən o qədər də müasir və dəbli deyiləm" dedi.



Xəbər xətti