Ərdoğan NATO rəhbərinə Türkiyənin Finlandiyanın üzvlüyünü təsdiqləyəcəyini vəd edib

21:30 17 Mart 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə İsveçin və Finlandiyanın Alyansa üzvlük prosesini müzakirə ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini açıqlayıb.

Ərdoğan bu qərarı Finlandiyanın nümayiş etdirdiyi mövqenin İsveçdən müsbət mənada fərqləndiyi ilə izah edib.



Xəbər xətti