Finlandiyanın NATO-ya üzvlüyünə dair protokol Türkiyə parlamentinə təqdim olunub

22:24 17 Mart 2023

Finlandiyanın NATO-ya üzvlüyünə dair protokol Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

Sitat.info xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənədi imzalayaraq Türkiyə parlamentinə təqdim edib. Eyni zamanda, sözügedən protokolun təsdiqlənməsinə uyğun olduğuna dair qanun təklifi parlamentin Xarici işlər komissiyasına həvalə edilib.



Xəbər xətti