ABŞ Türkiyənin Finlandiya ilə bağlı qərarını alqışlayır

23:16 17 Mart 2023

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan Türkiyənin Finlandiyanın NATO-ya üzvlük protokolunun parlamentdə ratifikasiya prosesini başlatma qərarını alqışladıqlarını bildirib.

Sitat.info xəbər verir ki, Türkiyənin Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiq prosesini Parlamentdə başlatma qərarından sonra Ağ Evin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan mövzu ilə bağlı yeni açıqlama verib.

Qərarı alqışladıqlarını ifadə edən Sullivan: "ABŞ prezident Ərdoğanın Finlandiyanın NATO-ya üzvlük protokollarını parlamentə göndərəcəyini açıqlamasını alqışlayır və bu prosesin ən qısa zamanda tamamlanmasını gözləyir. İsveç və Finlandiya güclü və bacarıqlıdır. NATO-nun dəyərlərini paylaşan tərəfdaşlar Alyansı gücləndirəcək və Avropanın təhlükəsizliyinə töhfə verəcək. ABŞ hesab edir ki, hər iki ölkə mümkün qədər tez NATO üzvü olmalıdır”,-bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti