Putin həbs olunur? Şok qərar!

23:29 17 Mart 2023

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin Ukraynada hərbi cinayətlər törətdiyinə görə həbsinə order verib.

Sitat.info xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıdığı iddiası ilə həbs olunmasına order verib.

Ukrayna üzrə ilk həbs orderində BCM Putini uşaqların qeyri-qanuni deportasiyasında və insanların Ukrayna ərazisindən Rusiyaya qanunsuz köçürülməsində şübhəli bilinərək həbs edilməsinə çağırıb. Məhkəmə eyni ittihamla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qərardan sonra sosial media hesabından verdiyi açıqlamada: "Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi baxımdan heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tərəfi deyil və buna görə heç bir öhdəliyi yoxdur",-deyə bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti